
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan tarixinin ən böyük amnistiyası
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürməsi kontekstində mövzu ilə bağlı geniş şərh və təhlillərin hazırlanması;
2. BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmasının zərurəti
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayevin Təhlükəsizlik Şurasının “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması” gündəliyi çərçivəsində “Sülh naminə liderlik” mövzusunda açıq müzakirədə çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında daha təmsilçi və səmərəli olmaq üçün islahatlar aparılmasının zəruriliyini yenidən gündəmə gətirməsi fonunda mövzunun şərh edilməsi;
3. Ermənistanda qarşıdan gələn parlament seçkilərinə xarici müdaxilə
Ermənistanın qarşıdan gələn parlament seçkilərinə xarici müdaxilənin qarşısını almaq üçün Avropa İttifaqından kömək istəməsi fonunda mövzu ilə bağlı açıqlama və rəylərin öyrənilməsi;
4. NATO-Azərbaycan əlaqələrinin intensiv xarakter alması
Qarşılıqlı səfərlər və birgə keçirilən tədbirlər fonunda mövzunun şərhi;
5. Ermənistanda hakimiyyət-kilsə qarşıdurmasının kəskinləşməsi
Ermənistan hakimiyyətinin qarşıdurma və bölücülük yaratmaqla, II Qaregini postundan uzaqlaşdırmaq istiqamətində addımları davam etdirməsinin təhlil edilməsi;
