BDYPİ: PİYADALARIN YOLU KEÇƏRKƏN QULAQLIQDAN İSTİFADƏ ETMƏSİ YOL-NƏQLİYYAT HADİSƏSİ RİSKİNİ ARTIRIR

Piyadaların yolu keçərkən qulaqlıqdan istifadə etməsi yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır. Belə ki, qulaqlıqdan istifadə zamanı nəqliyyat vasitələrinin səsi vaxtında və aydın eşidilmir. Yaxınlaşan avtomobilin təhlükəsi düzgün qiymətləndirilmir. Reaksiya vermək üçün zəruri vaxt itirilir.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, piyada keçidlərində diqqətsizlik ağır nəticələrə səbəb ola bilər.

Məlumatda yolu keçməzdən əvvəl qulaqlıqları çıxartmaq, ətraf mühitə tam diqqət yetirmək, yol hərəkəti qaydalarına ciddi əməl etmək tövsiyə olunur.