GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Ulu Öndər Heydər Əliyev – müasir və müstəqil Azərbaycanın memarı.

Ümummilli Lider Heydər Əliyevin həyat yolu, müasir və müstəqil Azərbaycanın memarı olması kontekstində mövzunun şərhi, təhlili yazıların və məqalələrin yazılması.

2. Azərbaycan-Türkmənistan əlaqələri.

Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova telefon zəngi və aparılan müzakirələr fonunda mövzunun şərhi.

3. Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam fonunda mövzu ilə bağlı təhlili yazıların hazırlanması;

4. Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin yenidən qurulması üzrə layihələndirmənin başa çatması.

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında dəmiryolu xəttinin bərpası perspektivləri fonunda mövzunun şərh edilməsi;  

5. Yeni Karib böhranının dünya neft bazarına təsiri.

ABŞ tərəfindən Karib dənizində Venesuela və İran nefti daşıyan tnkerin ələ keçirilməsi, Venesuela Prezidenti Nikolas Maduronun ABŞ hökumətini həm Venesuelaya, həm də Latın Amerikasına yönəlmiş müdaxilə, rejim dəyişikliyi və çevriliş siyasətində ittiham etməsi, bütün bunların dünya neft bazarına təsiri kontekstində mövzunun təhlili.