GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında humanitar əlaqələrin dinamik inkişafı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Türkmənistanda keçirdiyi görüşlər və əldə edilən razılaşmalar kontekstində mövzunun şərhi.

2. ABŞ Konqresinə Azərbaycana qarşı yardım məhdudiyyətlərini ləğv etməklə bağlı qanun layihəsinin təqdim edilməsi

ABŞ Konqresində Nümayəndələr Palatasının üzvü Luna Anna Paulinanın müəllifliyi ilə Azərbaycana qarşı yardım məhdudiyyətlərini ləğv etməklə, bağlı qanun layihəsi təqdim edilməsi fonunda mövzunun şərhi.

3. Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafı

Cari ilin yanvar-noyabr aylarında ölkədə 116 milyard 320,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox ümumi daxili məhsul istehsal olunması, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyərin 1,8 faiz azalması, qeyri-neft-qaz sektorunda isə 3,2 faiz artması kontekstində mövzunun şərhi.

4. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Orta Dəhlizin vacib tərkib hissəsinə çevrilməsinin mümkünlüyü

Ermənistanda “TRIPP Company” Ermənistan-ABŞ birgə müəssisəsinin qeydiyyatdan keçirilməsi fonunda şərh edilməsi

5. Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması.

Ermənistan baş nazirinin ikitərəfli münasibətlərin normallaşdırılması mövzusunda açıqlamaları fonunda təhlili