GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan-Slovakiya münasibətlərinin inkişafı.

Prezident İlham Əliyevin Slovakiyaya səfəri, keçirdiyi görüşlər, aparılan müzakirələr, əldə edilən razılıqlar fonunda mövzunun şərhi.

2. Azərbaycan-İran əlaqələrində yeni mərhələ 

Xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Seyid Abbas Əraqçi ilə birgə mətbuat konfransında yaxın gələcəkdə Azərbaycan və İran arasında yeni layihələrin elan olunacağına dair verdiyi açıqlamalar, qarşıqlılı münasibətlərin inkişafına dair nazirlərin səsləndirdiyi fikirlər kontekstində mövzunun şərhi.

3. Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payının yüksələn xətlə inkişafı.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə çıxışı zamanı ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının artıq 81,4 faizə çatması ilə bağlı səsləndirdiyi fikirlər əsasında mövzunun şərhiA

4. Azərbaycanın 3+3 regional formatının əvvəlcə ölkəmizdə, sonra Ermənistanda keçirilməsini təklif etməsi.

Bu formatın reallaşması perspektivləri, İranın bu istiqamətdə Azərbaycanın təşəbbüslərini dəstəkləməsinə dair təhlil.

5. Türkiyə Ordusunun Suriyaya daxil olması.

Türkiyənin Yaxın Şərqdə sabitləşdirici rolunun artması, yeni təhlükəsizlik arxitekturasının formalaşmasında həlledici ölkə kimi çıxış etməsi.