GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Laçının işğaldan azad olunmasının 5-ci ildönümü.

Azərbaycanın strateji əhəmiyyətə malik Laçın rayonunu hərbi əməliyyatlarsız azad etməsi, rayonda aparılan abadlıq-quruculuq işlərinə dair şərh.

2. Azərbaycan-NATO əlaqələrinin inkişafı.

Azərbaycan nümayəndə heyətinin ötən həftə NATO-nun mənzil-qəragahında keçirdiyi görüşlər, ikitərəfli əlaqələrin inkişafı ilə bağlı təhlil.

3. ATƏT-in Minsk qrupunun ləğvinin rəsmiləşməsi.

Tarixin arxivinə gömülmüş ATƏT-in Minsk Qrupunun rəsmi və tam şəkildə ləğvinin əhəmiyyəti mövzusunda təhlil.

4. KTMT-nin Bişkekdə keçirilən iclasına qatılmayan Ermənistanın qurumun qərarlarının qəbuluna veto qoymayacağını bəyan etməsi.

Bu açıqlama fonunda Ermənistanın Rusiya və digər KTMT ölkələri ilə münasibətləri tam korlamamaq, qurumda formal olaraq qalmaq cəhdlərinə dair şərh.

5. ABŞ-ın vasitəçiliyi ilə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar.

Mayamidə aparılan danışıqların atəşkəsin əldə edilməsi baxımından mümkün nəticələri barədə təhlil.