GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Hikmət Hacıyevin Aİ rəsmiləri ilə görüşü

Prezidentin xarici siyasət məsələlər üzrə köməkçisi Hikmət Hacıyev Avropa İttifaqı nümayəndələri ilə Azərbaycan-Aİ münasibətlərində son dövrlərdə yaranmış müsbət dinamikanı müzakirə edib. Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif sahələri və tərəfdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

2. Ukrayna və ABŞ nümayəndələri sülh planı müzakirə edəcək

Ukrayna və ABŞ nümayəndə heyətləri bu həftənin sonunda keçiriləcək görüşdə Cenevrədə razılaşdırılmış sülh planı üzrə məsləhətləşmələri davam etdirəcəklər. Tərəflər sənədin icrası və prosesin gələcək mərhələləri barədə müzakirələr aparmağı planlaşdırır.

3. Xameneinin ABŞ bağlı açıqlaması

İranın ali dini lideri Ayətullah Xamenei ABŞ administrasiyasını “müharibə təhrikçisi” adlandırıb və mövcud hökuməti dialoqa layiq tərəfdaş hesab etmədiklərini bildirib. O, ABŞ-ı həm Yaxın Şərqdəki 12 günlük müharibədə, həm də Ukrayna münaqişəsində əsas məsul tərəf kimi göstərib.

4. Qarabağ Universitetinin yaradılmasından 2 il keçir

Qarabağ Universitetinin yaradılmasından iki il keçir. Ali təhsil müəssisəsi regionun akademik dirçəlişinə, kadr hazırlığına və Qarabağın elm-mədəniyyət mərkəzinə çevrilməsi prosesinə töhfə vermək məqsədilə fəaliyyət göstərir.

5. Roma Papasının xaricə ilk səfəri

Roma papasının pontifikat dövründə ilk xarici səfəri Türkiyəyə olub. Səfər zamanı dini dialoq, regional münaqişələr və humanitar məsələlər üzrə görüşlər keçirilib.