“BAKI DAİRƏVİ-1” AVTOMOBİL YOLUNDA SÜRƏT HƏDDİ ENDİRİLİB

Yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə “Bakı Dairəvi-1” avtomobil yolunda sürət həddi endirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, “Şamaxinka” adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 kilometrlik kəsiyində sürət həddi 100 km/saatdan 90 km/saata endirilib.

Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.