GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanda idman sahəsində dövlət qayğısının səmərəli nəticələri

Prezident İlham Əliyevin VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş ölkə idmançılarının və onların məşqçilərinin mükafatlandırılması haqqında imzaladığı sərəncam fonunda mövzunun şərhi.

2. Azərbaycan-İtaliya münasibətlərinin bütün sahələrdə dinamik inkişafı

Xarici işlər naziri Ceyhun Bayramovun İtaliyaya səfəri, keçirdiyi görüşlər, ikitərəfli münasibətlərin inkişafına dair aparılan müzakirələr fonunda mövzunun şərhi.

3. Avropa İttifaqının Orta Dəhlizin inkişafına dəstəyi.

Avropa İttifaqın genişlənmə məsələləri üzrə komissarı Marta Kosun təşkilatın Orta Dəhliz kimi tanınan Transxəzər nəqliyyat marşrutunu Şimal dəhlizinə etibarlı və uzunmüddətli alternativə çevrilməsinə dəstək verməsinə dair fikirləri əsasında təhlil.

4. Azərbaycan üzərindən Ermənistana tranzitin açılmasının regionun nəqliyyat sistemi üçün əlavə imkanlar yaratması.

“Rusiya Dəmir Yolları” ASC-nin baş direktorun I müavini Sergey Pavlovun ölkəmizin ərazisi ilə Ermənistana yük daşımalarının genişlənəcəyi, bu marşrutun yük göndərənlər və müştərilər üçün ən effektiv variantlardan biri olması ilə bağlı səsləndirdiyi fikirləri əsasında təhlil.

5. Türkiyə Təhlükəsizlik Şurasının iclasında Cənubi Qafqazda əməkdaşlıq perspektivləri müzakirə edilməsi.

Strateji müttəfiq ölkənin Azərbaycanla Ermənistanda dayanıqlı sülhün əldə edilməsi istiqamətindəki ardıcıl fəaliyyətinə dair şərh.