AZƏRBAYCANLA POLŞA ARASINDA MİNATƏMİZLƏMƏ SAHƏSİNDƏ MÜMKÜN ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLİB

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Şamil Rzayev və sədrin müavini Samir Poladov Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ilə görüş keçirib.

Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkəmizin üzləşdiyi mina problemi və onun miqyası, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən işlər barədə səfirə məlumat verilib.

Görüş zamanı Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə Polşa tərəfindən dəstək imkanları, mümkün əməkdaşlıq perspektivləri, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.