
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Türk dünyasının ictimai-siyasi qurumları arasında əməkdaşlığın genişlənməsi
Son aylarda Bakıda türk dünyası ölklərinin qeyri-hökumət təşkilatlarının, beyin mərkəzlərinin və mediasının iştirakı ilə keçirilən tədbirlərin əhəmiyyətinə dair təhlili.
2. Azərbaycanla İtaliya arasında münasibətlərin bütün sahələrdə genişlənməsi
Xarici işlər naziri Ceyhun Bayramovun İtaliyaya səfəri və nəzərdə tutulan görüşlər fonunda mövzunun şərhi edilməsi.
3. 25 noyabr Kəlbəcər Şəhəri Günü
Kəlbəcərin hərbi əməliyyatlar aparılmadan Azərbaycana təhvil verilməsinin hərbi-siyasi əhəmiyyəti, şəhərdə aparılan abadlıq-quruculuq işləri fonunda mövzunun şərhi.
4. Ermənistanın KTMT-nin Bişkekdə keçirilməsi nəzərdə tutulan iclasından imtinası
Ermənistanla təşkilatla münasibətləri dayandırmaq istiqamətində atdığı addımların mümkün nəticələri barədə təhlili yazıların hazırlanması.
5. Rəsmi İrəvanın hərbi əsirlər mövzusu ilə əlaqədar əsassız iddiaları
Ermənistanın Bakıda məhkəməsi keçirilən, müxtəlif cinayətlərdə təqsirli bilinən erməniəsilli şəxslərlə bağlı iddialarının sülh prosesinə xələl gətirməsi mövzusunda şərhi.
