KONQODA MƏDƏN ÇÖKÜB, 100-DƏN ÇOX İNSAN HƏLAK OLUB

Konqo Demokratik Respublikasının cənubunda qiymətli metal mədənində çökmə nəticəsində 100-dən çox insan həlak olub.

Yerli media xəbər verir ki, Lualaba regionunda yerləşən mədənin yaxınlığında su xəndəyinin üzərindəki körpü çöküb.

Qalın torpaq qatının altında qalmış insanların axtarışları davam edir. Qurbanların sayının artacağı gözlənilir.

Konqoda Kolovizi regionunda Qaçqınlarla iş Forumunun sədri Bekos Kilihoşi bildirib ki, dağıntı altından çıxarılanların əksəriyyəti daxili köçkünlərdir.