GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı.

Dövlət başçısı İlham Əliyevin tədbirdəki çıxışının əsas tezisləri əsasında şərh.

2. Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tamhüquqlu üzv olmasının siyasi əhəmiyyəti.

Ölkəmizin təkcə Cənubi Qafqazın deyil, türk və Avrasiya coğrafiyasının qlobal söz sahiblərində birinə çevrilməsi mövzusunda təhlil.

3. Ukraynanın Azərbaycandan təbii qaz almaq niyyətinə dair.

Ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə dinamik inkişafı etməsi, Ukraynanın Azərbaycandan qaz alan ölkələr sırasıına daxil olması.

4. “Tramp Marşrutu”nun (TRIPP) Ermənistandan keçən hissəsinin tikintisi.

Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdə hökumət saatı zamanı bununla bağlı səsləndirdiyi fikirlərinə dair təhlil.

5. Almaniya Ordusunda islahatlar.

Rusiyanın hərbi təhdidlərinə cavab olaraq keçirilən islahatların mahiyyəti barədə şərh.