
Noyabrın 16-dan ümumi təhsil müəssisələrində payız tətili başlayır.
Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində noyabrın 16–20-si tarixləri payız tətilidir. Payız tətilindən sonra ilk dərs günü noyabrın 21-də olacaq.
