Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında üçüncü olub.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, yarışda 92 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz dünya çempionatına inamlı start verib. Millimizin üzvü cəmi 45 saniyə ərzində Hindistan təmsilçisinə tam üstünlüklə qalib gəlib. O.Nurməhəmmədov Avropa ikincisi olmuş Polşa güləşçisini də məyus edərək yarımfinala yüksəlib. Rusiya idmançısına məğlub olan təmsilçimiz Belarus təmsilçisinə qalib gələrək bürünc medal qazanıb.
Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçilərindən Abubakr Abakarov (86 kq) da bürünc medala sahib olub.