PREZİDENT İLHAM ƏLİYEV KÜRDƏMİR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISINI VƏZİFƏSİNDƏN AZAD EDİB

Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Elxan İbrahimov 2022-ci ildən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edirdi.