CEYHUN CƏLİLOV NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA PREZİDENTİN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ TƏYİN EDİLİB – SƏRƏNCAM

Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Ceyhun Cəlilov bunadək Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsini icra edirdi.