FUAD NƏCƏFLİ NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA PREZİDENTİN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ VƏZİFƏSİNDƏN AZAD EDİLİB – SƏRƏNCAM

Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Fuad Nəcəfli 2022-ci ildən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsini icra edirdi.