“PREZİDENT HEYDƏR ƏLİYEV” TANKERİNİN ƏSASLI TƏMİRİ YEKUNLAŞIB

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Prezident Heydər Əliyev” tankerinin əsaslı təmiri başa çatıb.

Bu barədə QSC-dən bildiriblər. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Gəminin baş və köməkçi mühərrikləri, boru sistemləri, mexanizmləri təmir edilib. Tanker üzrə elektrik-quraşdırma və avtomatika, eləcə də gövdə-qaynaq işləri yerinə yetirilib.

Bununla belə, “Prezident Heydər Əliyev” gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.