TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ İŞ VƏ İSTİRAHƏT GÜNLƏRİ, HƏMÇİNİN PAYIZ TƏTİLİ GÜNLƏRİ AÇIQLANIB

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr- Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü noyabrın 7-si, bayramdan sonra ilk iş günü noyabrın 11-dir. Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü noyabrın 7-si, bayramdan sonra ilk iş günü isə noyabrın 12-dir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ümumi təhsil müəssisələrində noyabrın 16-20-si tarixləri payız tətilidir. Payız tətilindən sonra ilk dərs günü noyabrın 21-nə təsadüf edəcək.