
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azad edilən ərazilərin bərpasının dayanıqlı inkişaf və innovasiyalar əsasında formalaşan yeni həyat modelinə çevrilməsi.
Xankəndidə “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusu ilə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumu, burada səslənən fikirlər kontekstində mövzunun şərhi.
2. Qlobal Cənub bazarlarına Rusiya ixracının Azərbaycan üzərindən artması.
Mövzunun Rusiya Baş nazirinin müavini Aleksey Overçukun müvafiq açıqlamaları, bunun ölkəmizə qazandırdığı üstünlüklər kontekstində şərhi.
3. Ermənistanda hakimiyyət-kilsə qarşıdurmasının davam etməsi.
Ermənistanda altı keşişin mitinqlərdə iştiraka məcburetmə işi ilə bağlı saxlanılması fonunda mövzunun şərhi.
4. Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Türkiyənin Qars vilayətində üçtərəfli “Eternity-2025” kompüter dəstəkli komanda qərargah təlimi.
Üç ölkə arasında hərbi-texniki və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsinin regional sabitlik baxımından əhəmiyyəti.
5. Yaxın Şərqdə sülh prosesi.
Trampın Qəzzada sülh planının ikinci mərhələsinin başladığını elan etməsi fonunda mövzunun şərhi.