PREZİDENT İLHAM ƏLİYEV İSLAM İNKİŞAF BANKI QRUPUNUN İLLİK TOPLANTILARI ÜÇÜN TƏMİNATLARA DAİR ANLAŞMA MEMORANDUMUNU TƏSDİQ EDİB

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Qanunu təsdiq edib.

Qanuna əsasən, Anlaşma Memorandumu 2025-ci il mayın 22-də Əlcəzair şəhərində imzalanıb.