ŞAGİRDLƏRİN ELEKTRON YERDƏYİŞMƏSİ PROSESİNƏ START VERİLİR

Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi xəbər verir.

2025-2026-cı tədris ili üzrə 14 oktyabr saat 11:00-dan etibarən şagird yerdəyişməsinə başlanılır. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Nəzərinizə çatdırırıq ki, hazırda yerdəyişmə 2-11-ci siniflər üçün aktivləşdirilir, məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 28 oktyabr saat 11:00-dan etibarən aktiv ediləcək.