
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Yaxın Şərqdə sülh prosesində Azərbaycanın rolu
Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfəri fonunda mövzunun şərhi.
2. Türkiyə, Azərbaycan və Pakistan parlamentləri spikerlərinin görüşü
Ölkələrimiz arasında ən müxtəlif səviyyələrdə müttəfiqliyin güclənməsi, dialoq və əməkdaşlıq mühitinin formalaşması barədə təhlil.
3. ABŞ-Çin ticarət müharibəsinin dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına mümkün təsirləri
ABŞ prezidenti Donald Trampın Çinə gömrük rüsumlarını noyabrın 1-dən 100 faiz artıracağını açıqlamasından sonra bunun dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına mümkün təsirləri fonunda mövzunun şərhi
4. Ermənistanda hakimiyyət-müxalifət qarşıdurmasının cəmiyyətin parçalanmasına təsiri
Mövzunun milyarder Samvel Karapetyanın “Bizim Yol” Hərəkatını yaratması, hakimiyyətə qarşı başladığı mübarizənin cəmiyyətdə parçalanmanı daha da dərinləşdirməsi kontekstində şərhi
5. Erməni lobbisinin Azərbaycan əleyhinə fəaliyyəti
Bir qrup ermənipərəst konqresmenin ABŞ Konqresində Azərbaycan əleyhinə fəaliyyətinin iflasa uğraması.