AZƏRBAYCAN PREZİDENTİ “QARABAĞ” FUTBOL KLUBUNU TƏBRİK EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında “Qarabağ” futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib.

Paylaşımı təqdim edirik: “Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”.