
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
- Avropa Siyasi Birliyinin Zirvə toplantılarının Azərbaycan üçün əhəmiyyəti
Mövzunun Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında iştirak etmək üçün Danimarkaya səfəri, bundan əvvəlki sammitlərin Azərbaycanın üçün önəmi kontekstində şərhi.
- Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri, bunun Avropa İttifaqı-Azərbaycan əlaqələrinə təsiri, Prezident İlham Əliyevin sözügedən xüsusda italiyalı həmkarı ilə birlikdə mətbuata bəyanatla çıxışı zamanı səsləndirdiyi fikirləri əsasında mövzunun şərhi.
- Ermənistanda hakimiyyət-müxalifət qarşıdurmasının kəskinləşməsi
Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 1-də parlamentdə çıxış zamanı müxalifətin ünvanına səsləndirdiyi ittihamlar fonunda mövzunun şərhi.
- ABŞ-nin Qətərlə bağlı fərmanı
ABŞ Prezidenti Donald Trampın Qətərin müdafiəsində daha iştirak edəcəyi barədə təhlil.
- Ermənistanda sosial-iqtisadi problemlərin dərinləşməsi.
Ermənistandakı mövcud iqtisadi problemlərin qarşıdakı seçkilərin mümkün nəticələrinə dair təhlil.