AZƏRBAYCANLA KAMBOCA ARASINDA BU MEMORANDUM TƏSDİQLƏNDİ

“Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 2025-ci il iyulun 21-də Pnompen şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu” təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin edilməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Kamboca Krallığı Hökumətinə bildiriş göndərməlidir.