
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Avropa İttifaqının Cənubi Qafqazda sülh prosesində iştirakı
Mövzunun Prezident İlham Əliyevin Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul etməsi, aparılan müzakirələr, Marta Kosun Avropa İttifaqının Cənubi Qafqazda sülh prosesində fəal iştiraka hazır olduğunu bildirməsi, qurumun prosesdə iştirakının hansı nətcələrə gətirib çıxaracağı kontekstində şərhi.
2. ABŞ Nümayəndələr Palatasının komitəsinin anti-Azərbaycan düzəlişlərini rədd etməsi
ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi çərçivəsində nəzərdən keçirilən qanun layihələrinə olan iki anti-Azərbaycan xarakterli düzəlişi rədd etməsi, bunun ölkəmizin növbəti uğuru olması fonunda mövzunun şərhi.
3. Qarabağda lokal antiterror əməliyyatlarının ikinci ildönümü
2023-cü il sentyabrın 19-20-də keçrilmiş lokal antiterror tədbirlərinin tarixi əhəmiyyətinə dair şərh.
4. “Formula 1” üzrə Azərbaycan Qran-prisinin başlanması
“Formula 1” üzrə Azərbaycan Qran-prisinə start verilməsi, tədbirin Azərbaycana qazandırdığı dividendlər, o cümlədən ölkənin beynəlxalq miqyasda təbliği və turizm sektoruna töhfəsi fonunda mövzunun şərhi.
5. Ermənistanın Brüssel və Moskva arasında uğursuz manevrlər etməsi
Ermənistanın Rusiyadan asılılığı aradan qaldırmaq cəhdlərinin səmərəsiz olmasına dair şərh.