PREZİDENT İLHAM ƏLİYEV DONALD TRAMPA: MƏN DOSTLUĞUMUZU ÇOX YÜKSƏK QİYMƏTLƏNDİRİRƏM

Mən dostluğumuzu çox yüksək qiymətləndirirəm.

Bu barədə Prezident İlham Əliyev rəsmi “X” sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

“Prezident Donald Tramp, TruthSocial hesabınızdakı xoş sözlərə görə təşəkkür edirəm. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləyişində və tarixi Vaşinqton Sammitinin keçirilməsində Sizin mühüm rolunuzu dərindən qiymətləndirirəm. Siz Azərbaycan ilə ABŞ arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarısınız. Mən dostluğumuzu çox yüksək qiymətləndirirəm”, – dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev Donald Trampa: Mən dostluğumuzu çox yüksək qiymətləndirirəm (FOTO)