
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Cənubi Qafqazda sülh prosesinin dinamik inkişafı
Prezident İlham Əliyevin Şuşada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunu qəbul edərkən Cənubi Qafqazda sülh dövrü ilə bağlı dedikləri əsasında mövzunun şərhi.
2. Azərbaycan iqtisadiyyatının tərəqqi tempinin uğurla qorunması
Maliyyə Nazirliyinin yaydığı “2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədi əsasında mövzunun şərh olunması.
3. Gürcüstan bələdiyyə seçkiləri ərəfəsində dövlət çevrilişinə cəhd
Gürcüstanda müxalifətin xarici güclərin dəstəyi ilə bələdiyyə seçkiləri ərəfəsində dövlət çevrilişinə cəhd etmələri, bu xüsusda hakimiyyət rəsmilərinin açıqlamaları kontekstində mövzunun şərhi.
4. İsrailin Qəzzanı zəbt etməsi
Mövzunun İsrailin Qəzzaya nəzarəti ələ keçirmək məqsədilə hücuma başlaması, bu barədə “Axios” portalının yaydığı məlumat, baş verənlərin İsrailin müsəlman dünyası ilə münasibətlərinə təsiri fonunda şərhi.
5. Ermənistanın dövlət borcunun artması
Ermənistanın dövlət borcunun kəskin şəkildə artmaqda davam etməsi, bunun ölkə iqtisadiyyatı üçün yaratdığı təhdidlər fonunda mövzunun şərhi