PİRƏKƏŞKÜL QƏSƏBƏSİ VƏ AĞDƏRƏDƏ YARARSIZ SURSATLAR MƏHV EDİLƏCƏK

15-19 sentyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyindən məlkumat verilib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd edilib.