GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Prezident İlham Əliyevin Qarabağa səfəri

Prezident İlham Əliyev Qarabağa səfər edərək regionda görülən işlərlə tanış olub. Səfər zamanı infrastruktur, bərpa-quruculuq layihələri və təhlükəsizlik məsələləri diqqət mərkəzində saxlanılıb.

2. Xarici işlər naziri Ceyhun Bayramovun Qətər səfəri

Ceyhun Bayramov Qətərdə keçirilən Fövqəladə Ərəb-İslam Sammitində iştirak edir. Tədbirdə İslam dünyasının birgə mövqeyi, regional təhlükəsizlik və humanitar məsələlər müzakirə olunur.

3. Azərbaycanda Bilik günüdür

Yeni tədris ilində ölkə üzrə 2,2 milyon şagird və tələbə təhsil alacaq. Onlardan 130 mindən çoxu 1-ci sinfə qədəm qoyur, ali təhsil müəssisələrinə isə 75 min tələbə qəbul olunub.

4. Xankəndidə erməni əsilli şəxsin təxribatı

Xankəndidə yaşayan erməni əsilli Karen Avanesyan silahlı təxribat törətməyə cəhd edib. Polis əməkdaşlarının müdaxiləsi nəticəsində atışma baş verib, Avanesyan yaralı halda saxlanılıb, bir polis əməkdaşı isə yaralanıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

5. Ermənistanın sərhəd möhüründə dəyişiklik

Ermənistan Nazirlər Kabineti sərhəd möhürlərindən Ağrı dağının təsvirinin çıxarılması barədə qərar qəbul edib. Yeni qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.