
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Zəngəzur dəhlzinin çəkilişi ilə bağlı Ermənistanda praktiki işlərə start verilməsi.
ABŞ-nin Zəngəzur dəhlizi üçün Ermənistana ilkin olaraq 145 milyon dollar yardım ayırması, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın Mehri və Qafanda yol çəkilişləri ilə bağlı açıqlamaları fonunda mövzunun şərhi
2. Rusiyanın Azərbaycanda və digər postsovet ölkələrində “yumşaq güc” siyasətinin alt-üst olması
Mövzunun “The Insider” nəşrinin qeyd edilən müstəvidə apardığı araşdırma kontekstində şərhi.
3. Azərbaycan-İran iqtisadi əlaqələrinin inkişafı, rəsmi Tehranın bu istiqamətə xüsusi diqqət yetirməsi
İran Prezidenti Məsud Pezeşkian Ərdəbil vilayətinə səfəri çərçivəsində yerli iş adamları ilə görüşü zamanı Azərbaycanla əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyinə dair verdiyi açıqlamlar fonunda mövzunun şərhi.
4. Ermənistan parlamentinin spikeri A.Simonyanın Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması ilə bağlı açıqlamaları
A.Simonyanın Azərbaycanla iqtisadi əlaqələrin əhəmiyyətinə daha çox diqqət yetirməsi fonunda mövzunun şərhi.
5. Niderlandın ən böyük bank qrupu olan “ING Group”un Azərbaycan iqtisadiyyatının artacağına dair proqnozu
Beynəlxalq maliyyə qurumlarının ölkə iqtisadiyyatının artımı barədə proqnozları ilə bağlı təhlil.