ICESCO NƏSİMİ FESTİVALININ TƏRƏFDAŞI OLDU

ICESCO Nəsimi Festivalının tərəfdaşı oldu!

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO Nəsimi Festivalının təşkilatçıları sırasına daxil olub.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ənənəvi keçirilən Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı 2018-ci ildən təşkil edilir.

Bu il festival sentyabrın 23-25-də Bakı və Şamaxıda keçiriləcək.

Nəsimi festivalının gələcəkdə ICESCO-nun baş qərargahının yerləşdiyi Rabat şəhərində də təşkili müzakirə olunan məsələlər sırasındadır