
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycanın tranzit əhəmiyyəti artır
Rəşt-Astara dəmir yolunun inşası ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində strateji rolunu daha da gücləndirir. Bu layihə Azərbaycanı Şimal-Cənub nəqliyyat dəhlizinin əsas həlqəsinə çevirərək tranzit gəlirlərini artıracaq.
2. Rusiya Ermənistanı hədələyir
Moskva Ermənistanı Qərbə meyillənməsi və rus turistlərinin ölkəyə səfərləri ilə bağlı hədə-qorxu mesajları ilə təzyiq altında saxlayır. Bu, Ermənistan-Rusiya münasibətlərində gərginliyin artdığını göstərir.
3. Azərbaycan-ABŞ strateji tərəfdaşlığının dərinləşməsi
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ Konqresində iki ölkə arasında strateji tərəfdaşlıq, regional təhlükəsizlik və qlobal sülh məsələlərinə dair müzakirələr aparıb. Görüşlər Azərbaycan-ABŞ əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
4. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh barədə açıqlamaları
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı bildirib ki, Azərbaycanla əldə olunan sülhə qarşı həm ölkə daxilində, həm də xaricdə təxribatçı qüvvələr fəaliyyət göstərir. Onun sözlərinə görə, bu qüvvələr sülh prosesini pozmağa çalışırlar.
5. Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı dedikləri
Parlamentdə çıxış edən Paşinyan Zəngəzur dəhlizindən istifadə qaydalarına toxunaraq bildirib ki, sərhəd keçidi pasport oxuyucu cihazlarla avtomatlaşdırılacaq, sərhədçilər isə yalnız şübhəli hallarda müdaxilə edəcəklər.