
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi
Dövlət başçısının müsahibə zamanı toxunduğu əsas məsələlərə dair şərhlər.
2. Minsk qrupunun və əlavə strukturlarının ləğvi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı Minsk qrupunun və əlavə strukturlarının sentyabrın 1-də ləğvinin gözlənilməsi, bunun Azərbaycan diplomatiyasının mühüm qələbəsi olması fonunda mövzunun şərhi.
3. Azərbaycanın enerji təchizatçısı kimi rolunun artması
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda çıxışı zamanı Azərbaycanın ABŞ-nin “Exxon Mobil” şirkətinin dəstəyi ilə ölkədə böyük qeyri-ənənəvi neft yatağının kəşfinin həyata keçirilməsinin mümkünlüyünü dair səsləndirdiyi fikirlər fonunda mövzunun şərhi.
4. Azərbaycan-Suriya münasibətlərinin inkişafında yeni dinamika
Mövzunun Azərbaycanla Suriya arasında mədəniyyət sahəsində birbaşa təmasın qurulmasına dair razılıq əldə olunması, digər istiqamətlər üzrə də qarşılıqlı əlaqələrin dinamik inkişafı kontekstində şərhi.
5. Rusiyanın Ermənistana iqtisadi təzyiqi
Kremlin Ermənistan yük maşınlarını Rusiyaya buraxmamaqla, iqtisadi sabotajla məşğul olmasına dair təhlil.