GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri.

İkitərəfli münasibətlərin inkişafı baxımından bu səfərin əhəmiyyəti mövzusunda şərh.

2. Zəngəzur dəhlizinin çəkiliş prosesinin sürətlənməsi

Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə Naxçıvanla quru bağlantısı barədə səsləndirdiyi fikirlər, Ermənistanın baş naziri Nikol Paşinyanın bu xüsusda son açıqlamaları,, eləcə də Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qars-İğdır-Dilucu dəmir yolunun tikintisi ilə bağlı açıqlamaları fonunda mövzunun şərhi.

3. Azərbaycanın hərbi qüdrətinin artması.

Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə ölkəmizin hərbi qüdrətinin artırırlması istiqamətində səsləndirdiyi fikirlər əsasında mövzunun şərhi

4. Azad edilmiş ərazilərə Böyük Qayıdışın uğurla reallaşması

Prezident İlham Əliyevin Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin, Ağdərə rayonunun Vəngli kəndində Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşü, səsləndirdiyi fikirlər kontekstində mövzunun şərhi.

5. Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Ermənistana səfəri.

Bu səfərin Rusiya-Ermənistan münasibətlərindəki ziddiyyətlərin aradan qaldırılması baxımından nə dərəcədə əhəmiyyətli ola biləcəyi barədə təhlil.