RƏCƏB TAYYİB ƏRDOĞAN: BİZ AZƏRBAYCANA VƏ ONU DƏSTƏKLƏYƏN TÜRKİYƏYƏ YÖNƏLMİŞ NİFRƏTİ HEÇ VAXT UNUTMAYACAĞIQ

Biz işğal altındakı torpaqlarını azad etməyə çalışan Azərbaycana və onu dəstəkləyən Türkiyəyə yönəlmiş nifrəti heç vaxt unutmayacağıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkə parlamentində çıxışı zamanı deyib.

O əlavə edib ki, Türkiyə qardaşlığın, dostluğun, əməkdaşlığın qədrini bilən ölkədir.