ŞAGİRDLƏRİN ELEKTRON YERDƏYİŞMƏSİ PROSESİNİN MÜDDƏTİ UZADILIB

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb.

Bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, avqustun 5-dən start verilən 2025–2026-cı tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

“Nəzərinizə çatdırırıq ki, şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti 30 avqust saat 18:00-dək uzadılıb.
Valideynlər övladlarının məktəb yerdəyişməsini sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçirə bilərlər”,- deyə əlavə edilib.