
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Odessada SOCAR-aa məxsus enerji obyektinə Rusiyanın yeni hücumu.
Odessada Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus enerji obyektinə hücumları ilə Rusiyanın ölkəmizə qarşı düşmənçilik siyasətini davam etdirməsi, rəsmi Bakının hansı cavab tədbirlərinə əl ata biləcəyi fonunda mövzunun şərhi
2. Minsk qrupunun ləğvi prosesinə başlanılması.
ATƏT-ə sədrlik edən Finlandiyanın Azərbaycan və Ermənistanın Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətinə cavab olaraq müvafiq addımlar atmağa başlaması fonunda mövzunun şərhi.
3. Azərbaycanın Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji körpü rolunu oynaması.
Mövzunun Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Özbəkistan, Azərbaycan və Avropa – ümumi inkişaf naminə əməkdaşlıq” adlı yüksək səviyyəli görüşün iştirakçılarına müraciəti kontekstində şərhi
4. ABŞ Prezidenti Donald Tramp, Avropa İttifaqının liderləri və Prezident Volodimir Zelenski arasında görüş.
ABŞ Prezidenti Donald Tramp, Avropa İttifaqının liderləri və Prezident Volodimir Zelenski arasında Vaşinqtonda keçirilən görüşün nəticələri fonunda mövzunun şərhi.
5. Ermənistan baş naziri naziri Nikol Paşinyanın xalqa müraciəti.
Nikol Paşinyanın Vaşinqton sülh razılaşmalarının Ermənistan və Azərbaycan üçün əhəmiyyətinə dair səsləndirdiyi fikirləri əsasında təhlil.