
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Prezident İlham Əliyevin ABŞ-nin “Fox News” telekanalına müsahibəsi.
Prezident İlham Əliyevin müsahibə zamanı cavablandırdığı suallar əsasında təhlili yazılar.
2. Ermənistan və ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət etmək üçün birgə şirkət yaratması.
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın bu xüsusda müvafiq açıqlaması, Zəngəzur dəhlizi ilə bağlı prosesin artıq Ermənistan ərazisində də praktiki mərhələyə qədəm qoyması fonunda mövzunun şərhi
3. Yeni geosiyasi şəraitdə “3+3” formatında dialoqun davam etdrilməsi
“3+3” formatında növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməsi planlaşdırılması, bunun yeni geosiyasi şəraitdə ziddiyyətlərin aradan qaldırlmasında əhımiyyəti kontekstində mövzunun şərhi
4. Cənubi Qafqaz və Mərkəzi Asiya arasında “yaşıl enerji” dəhlizi
Qazaxıstan və Özbəkistanın “Azərbaycan-Mərkəzi Asiya” yaşıl enerji dəhlizinin statusunu müzakirə etməsi fonunda mövzunun şərhi
5. Ermənistanda Konstitusiya dəyişikliyinə hazırlıq.
Ermənistan Konstitusiyasının İslahatlar Şurasının ölkənin Əsas Qanununun yeni redaksiyasının hazırlanmasına həsr olunmuş bir sıra iclaslar keçirməyə hazırlaşması fonunda mövzunun şərhi.