
Avqustun 15-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 30-34, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakerli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman gözlənilir. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 20-25, bəzi yerlərdə 28 dərəcəyədək isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda əsasən dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakerli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 22-27, bəzi yerlərdə 31 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda bəzi yerlərdə fasilələrlə yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakerli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-22, gündüz 29-34 isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman müşahidə ediləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 30-34 dərəcə isti olacağı proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-23, gündüz 27-32, dağlarda gecə 15-18, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.