Gənclərlə işləyən qurum olduğumuzdan bizim əsas fəaliyyətlərimizdən biri gənclərə vətənpərvərlik hislərinin aşılanmasıdır.
Bunu Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfransda çıxışı zamanı gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
O bildirib ki, Azərbaycan vətəndaşlarının dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünya üçün nümunədir:
“Vətəni qorumaqdan daha şərəfli bir iş ola bilməz. Veteranlarımız üzərinə düşən missiyanı uğurla yerinə yetiriblər. Müasir Azərbaycan gəncliyi də Vətənin qorunmasına, quruculuğuna töhfə verir və verəcək. Bu istiqamətdə bizim müxtəlif layihələrimiz var. Bu layihələr çərçivəsində biz Azərbaycan hərbçilərinin qəhrəmanlığını gənclərə çatdıracağıq”.