
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Ermənistanda müxalif qüvvələrin Vaşinqton razılaşmalarına qarşı çıxması.
Ermənistanda müxalif qüvvələrin Vaşinqton razılaşmalarına qarşı çıxması, bunun sülh prosesi üçün hansısa təhdidlər yaradıb-yaratmayacağı fonunda mövzunun şərhi
2. Azərbaycan-ABŞ arasında son razılaşmaların ölkəmizin iqtisadi potensialını gücləndirməyə xidmət etməsi
Vaşinqtonda Azərbaycan və ABŞ arasında əldə edilən rzılaşamaların Cənubi Qafqazda Azərbaycanın iqtisadi potensialını gücləndirməyə xidmət etməsi kontekstində mövzunun şərhi.
3. Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə beynəlxalq reaksiyalar
Vaşinqton razılaşmalarının beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi, verilən reaksiyalar fonunda mövzunun şərhi.
4. Azərbaycan-NATO əlaqələrinin inkişafında yeni mərhələ.
NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Rugenin Azərbaycanın və Ermənistanın alyansdakı nümayəndələri ilə görüşü, Vaşinqton Birgə Bəyannaməsini təqdir etməsi, təşkilatla əlaqələrin yeni müstəvidə inkişafına dair təhlil.
5. İqtisadi artımda qeyri-neft-qaz sektorunun xüsusi çəkisinin yüksəlməkdə davam etməsi.
Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-iyul aylarında ölkədə iqtisadi artımla bağlı açıqladığı məlumatlar, qeyri-neft/qaz sektorunun artımda xüsusi çəkisnin yüksəlməkdə davam etməsi fonunda mövzunun şərhi.