
Bosniya və Herseqovinanın Livno rayonunda 3,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, episentri Livno şəhərindən 12 kilometr aralıda olan zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib.
Dağıntı və insan tələfatı barədə məlumat yoxdur.