GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla telefon danışığı

İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq istiqamətində inkişafı ilə bağlı təhlil.

2. Ukrayna ərazisində Azərbaycana aid digər obyektlərə Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsi

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi, danışıq zamanı Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsinin pislənməsi fonunda mövzunun şərhi.

3. Zəngəzur dəhlizinə yanaşmada İran hakimiyyətində parçalanma

Zəngəzur dəhlizinə yanaşmada İran hakimiyyətinin təmsilçilərinin fərqli açıqlamalr verməsi, ölkə prezidenti Məsud Pezeşkianın, xarici işlər naziri Abbas Arakçinin dəhlizin açılmasını dəstəkləməsi, İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin və digərlərinin buna qarşı çıxması fonunda mövzunun şərhi.

4. Azərbaycan-ABŞ hərbi əməkdaşlığının inkişafı

ABŞ prezidenti Donald Tramp tərəfindən 907-ci düzəlişin ləğvinin Azərbaycan-ABŞ hərbi əməkdaşlığının inkişafına mümkün təsirləri kontekstində mövzunun şərhi

5. Ermənistan daxilindəki radikal-revanşist qüvvələrin tam iflasa uğraması və sosial dayaqlarını itirməsi

Vaşinqtonda imzalanan razılaşmalar fonunda Ermənistandakı radikal-revanşist qüvvələrin və saxta ideologiyanın iflası, ictimai rəyin sülh yönündə köklənməsi barədə şərh.