
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasının dayandırılması
Azərbaycana qarşı tətbiq edilən bu ədalətsiz düzəlişin icrasının ABŞ Prezidenti Donald Tramp tərəfindən dayandırılmasının iki ölkə arasında münasibətlərin inkişafına təsiri kontekstində mövzunun şərhi.
2. Azərbaycan, Ermənistan və ABŞ arasında Vaşinqtonda əldə edilməsi nəzərdə tutulan razılaşmaların Cənubi Qafqaza təsiri
Mövzunun Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında əldə edilməsi nəzərdə tutulan razılaşmalar fonunda Cənubi Qafqazın siyasi, iqtisadi həyatında oynayacağı rol fonunda şərhi.
3. ATƏT-in Minsk qrupunun buraxılması
Vaşinqton görüşü fonunda tarixin avrxivinə gömülmüş Minsk qrupunun buraxılması mümkünlüyünə dair təhlil.
4. Azərbaycanın tarixi hərbi zəfərinin və diktə etdiyi sülh formatının ABŞ və dünya tərəfindən qəbul olunması, de-yure təsdiqlənməsi
Vaşinqtonda imzalanacaq yeni razılaşmalar fonunda Azərbaycanın sülh gündəliyinin məntiqi sonluğa qovuşmasına dair təhlil.
5. Zəngəzur dəhlizinin açılmasının tarixi əhəmiyyəti
Zəngəzur dəhlizinin ABŞ tərəfindən icarəyə götürülməsi, regionda kommunikasiyaların açılması mümkünlüyü barədə şərh.