BƏZİ DAĞLIQ ƏRAZİLƏRDƏ YAĞIŞ YAĞIB, ŞAHDAĞA DOLU DÜŞÜB

Milli Hidrometeorologiya Xidmətinin avqustun 8-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Daşkəsən, Qusar, Qrız (Quba) və Şahdağda 1-8 millimetrədək olub.

Xidmətdən verilən məlumata görə, avqustun 7-də saat 16:38-16:46 radələrində Şahdağa diametri 4 millimetr olan dolu düşüb. Həmin gün havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, dağlıq rayonlarda 30, Aran rayonlarında, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında 41 dərəcəyədək isti qeydə alınıb.