GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanın Yaxın Şərq ölkələri ilə əməkdaşlığı

Azərbaycan Yaxın Şərq ölkələri ilə enerji, ticarət, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığı genişləndirir. Xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İran, İsrail, Suriya və Türkiyə ilə iqtisadi-ticari əlaqələr inkişaf etdirilir. Bakı bu əməkdaşlıq vasitəsilə regionda siyasi təsir imkanlarını da artırmaq istəyir.

2. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb

2025-ci il avqustun 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11 milyard dolları keçib. Bu göstərici əvvəlki ayla müqayisədə 0,3%, ilin əvvəlinə nisbətən isə 2,1% artım deməkdir.


3. Rusiya Ermənistandakı Qarabağ ermənilərinə yardım paylayır

Rusiya humanitar təşkilatları vasitəsilə Ermənistandakı Qarabağ ermənilərinə ərzaq və tibbi yardım çatdırır. Bu addım Moskvaya bölgədəki humanitar rolu qorumağa və nüfuzunu saxlamağa, digər tərəfdən Ermənistan hakimiyyətinə qarşı müxalifətin daha da fəallaşmasına xidmət edir.


4. Ermənistan-Amerika hərbi təlimləri başlayır

Ermənistanla ABŞ arasında birgə hərbi təlimlərə start verilib. Təlimlər Ermənistanın Qərblə hərbi əməkdaşlığını gücləndirməyə və Rusiya təsirindən uzaqlaşmağa yönəlib. Rusiya bu addımı narahatlıqla izləyir.

5. Tramp Rusiya sərhədlərinə iki sualtı nüvə qayığı göndərib

ABŞ Prezidenti Donald Tramp Rusiyanın hərbi fəallığına cavab olaraq Şimali Atlantikdə Rusiya sərhədlərinə iki nüvə başlıqlı sualtı qayığın göndərilməsinə göstəriş verib. Bu, Vaşinqtonun Moskva qarşısında hərbi güc nümayişi kimi dəyərləndirilir.