XALQ ARTİSTİ ARİF BABAYEVLƏ VİDA MƏRASİMİ KEÇİRİLİR

Avqustun 1-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevlə vida mərasimi keçirilir.

Vida mərasimində rəsmi şəxslər, tanınmış elm və mədəniyyət xadimləri, mərhumun ailə üzvləri və sənət dostları iştirak edirlər.

Mərhumun cənazəsi Beynəlxalq Muğam Mərkəzinin matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulub. Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət təşkilatları adından əklillər düzülüb.